02.06.2017

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

   1 iyun 2017-ci il tarixdə Mingəçevir şəhər tam orta məktəblərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” müünasibətilə təntənəli  tədbirlər keçirildi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı irəli sürülən təkliflərin nəticəsində, hər ilin bu gününü gələcək nəslin davamçılarına həsr etmək qərarı alınıb. Mingəçevir şəhər Texniki humanitar lisey və 4 №-li tam orta məktəbdə bu münasibətlə keçirilən tədbirlər təqdirə layiqdir. Bu tədbirlərdə şagirdlər şən mahnılar, şeirlər və rəqslər ifa etdilər, məktəbin həyətində müxtəlif rəsmlər çəkərək əl işlərini nümayiş etdirdilər. 


Açar sözlər: ,