14.06.2017

Mingəçevir şəhər orta məktəblərində son zəng çalındı

      Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində olduğu kimi Mingəçevir şəhər orta məktəblərində də “Son zəng” çalındı.  Hər zaman olduğu kimi tədbirlər  yüksək səviyyədə həyata keçirildi. Məzunlar hazırladıqları mahnı və rəqsləri tədbir iştirakçılarına təqdim etdi. Mingəçevir şəhər İcra başçısı N. Bayramov bu tədbirlərə qatılmış, məzunlara xoş arzularını bildirmişdir.  Mingəçevir şəhər Təhsil Şöbəsi adından şəhərin bütün təhsil işçilərini və məzun olan şagirdləri, onların müəllimlərini və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik.


Açar sözlər: ,