03.07.2017

Gənc xilasedici və yanğınsöndürən

   Hər il Azərbaycan Respublikası Fövqəladə Hallar, Təhsil Nazirliyi , Gənclər və İdman Nazirliklərinin birgə razılığı əsasında orta məktəb şagirdləri arasında üç mərhələdə "Gənc xilasedici və yanğınsöndürən" müsabiqəsi keçirilir. Bu il də iyun ayının 25-dən iyul ayının 2-dək Qəbələ rayonunda "Gənc xilasedici və yanğınsöndürən" müsabiqəsinin respublika mərhələsinin yarışları keçirildi. Bu yarışlarda Mingəçevir şəhərini 13 №-li tam orta məktəbin "Gənc xilasedici və yanğınsöndürən" komandası təmsil etdi. Yarışların nəticəsinə görə Bakı şəhər Nizami rayon komandası I, Mingəçevir şəhər komandası II və Sumqayır şəhər komandası III yerə layiq görüldü. Qələbə münasibəti ilə komandamızı təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq.


Açar sözlər: ,