08.09.2017

Mingəçevir təhsil işçilərinin sentyabr konfransı

         08 sentyabr 2017-ci il tarixində Mingəçevir şəhər təhsil işçilərinin 2017-ci il sentyabr konfransı keçirildi. Konfransdan əvvəl Mingəçevir məktəblilərinin əl işlərindən ibarət sərgi keçirildi. Konfransın işində Təhsil Nazirliyinin müavini F.Qurbanov, Mingəçevir şəhər İH –nin başçısının birinci müavini İ.İsmayılov, ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, idarə və təşkilatların nümayəndələri iştirak etdi. Konfransı giriş sözü ilə ŞTŞ- nin müdiri S.Məmmədov açaraq “2016-2017-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr “ mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. S.Məmmədov tədris ili ərzində əldə olunmuş nailiyyətlər, mövcud nöqsan və çətinliklər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Məruzə ətrafında THL-in direktoru N.Məmmədova, 10 №-li tam orta məktəbin riyaziyyat müəllimi, əməkdar müəllim Z.Məmmədova, TRHETL-in sagirdi R.Şirinova çıxış etdi . Sonra TN-nin müavini F.Qurbanov və Mingəçevir şəhər İH- nin başçısının müavini İ.İsmayılov konfrans iştirakçılarına təhsildə baş verən yeniliklər və qarşıda duran vəzifələr haqqında söhbət açdılar. Natiqlər təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək onlara bu çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzuladılar.
         Konfransın sonunda konfransın qətnaməsi qəbul edildi və ŞTŞ- nin Təhsilyanı Şurasının tərkibi təsdiq edildi. Mingəçevir təhsil işçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edildi. Bununla da konfrans öz işini başa vurdu.


Açar sözlər: