15.09.2017

Mingəçevir məktəblərində "Bilik günü" qeyd edildi

    15 sentyabr 2017-ci il tarixdə Mingəçevir ümumtəhsil məktəblərində “Bilik günü”  qeyd edildi. Şagirdlər hazırladıqları rəngarəng proqramlarla çıxış edərək öz sevinclərini tədbir iştirakçıları ilə paylaşdılar. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin, eləcə də ictimaiyyətin  qabaqcıl nümayəndələri iştirak etdi. Onlar yeni dərs ilində qarşıda duran vəzifələrdən danışaraq, ilk dərs məşğələsinin həsr olunduğu  "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunda  tərbiyəvi söhbət apardılar.

    Yeni dərs ilində bütün şagirdlərə və müəllimlərə uğurlar arzu edir və "Keyfiyyət ili"ni müvəffəqiyyətlə başa vurmalarını arzulayırıq.