11.10.2017

Mingəçevir müəllimlərinin əməyi yüksək qiymətləndirilir

   

 

   Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamı ilə bir sıra müəllim, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nəaliyyətlərə görə “Tərəqqi” medalı ilə və  təltif edilib. Bu müəllimlər arasında, daim əldə etdiyi uğurlarla ön sıralarda dayanan Texniki Humanitar Liseyin biologiya müəllimi Rüstəmova Zenfira Tofiq qızı da var. 
   Azərbaycan Respublikasının Təhsil Nazirinin 06 oktyabr 2017-ci il tarixli əmri ilə bir sıra müəllimlər təhsilin inkişafındakı xidmətlərinə, təlim-tərbiyə sahəsində əldə etdikləri yüksək naliyyətlərə və 5-oktyabr Müəllimlər Günü münasibəti ilə təltif edilib. Təltif edilənlər arasında aşağıda adları qeyd olunan Mingəçevir şəhər ümumtəhsil məktəblərinin müəllimləri də vardır. 

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə: 

1.Abdurahmanov Əliyar Ağalar oğlu -D.Nağıyev adına 9№-li tam orta məktəbin tarix müəllimi,
2.İsgəndərova İlduzə Məcnun qızı -TRHET liseyin ibtidai sinif müəllimi,

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə:

1.Əmrahova Katibə Əvəz qızı -İ.Qayıbov adına 10 №-li tam  orta məktəbin tarix müəllimi, 
2.İsmayılov Yaşar  Sahib oğlu -THL-in Azərbaycan dili və ədəbiyyat müəllimi,
3.Kərimov Xanlar Niyaz oğlu - N.Ahəgari adına 13 №-li tam orta məktəbin gənclərin  çağrışaqədərki hazırlıqı rəhbəri.
4.Yusifov Leysan Xankişi oğlu -Mingəçevir ŞTŞ- nin  metodkabinetinin direktoru.

Müəllimlərimizi təbrik edir, onlara can sağlığı və şərəfli işlərində yeni uğurlar arzu edirik!

Müəllimlərimiz adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Təhsil Naziri M.Cabbarova dərin minnətdarlığımızı bildiririk.


Açar sözlər: