20.10.2017

18 oktyabr -Müstəqillik günü

        Mingəçevir şəhər ümumtəhsil məktəblərində Azərbaycan tarixinin  ən mühüm günlərindən biri olan 18 oktyabr  Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbirlər davam edir. Bütün məktəblərdə təntənə ilə keçirilən tədbirlərdə şagirdlər Azərbaycan Respublikasının müstəqillik əldə etməsi və onun uğurla inkişaf edərək bu günkü səviyyəyə gəlib çatması haqqında fikirlər söyləyib,  azadlığımıza həsr olunmuş ser və mahnılar ifa etdilər. Müstəqilliyimizin əbədi olması üçün hər bir vətəndaş kimi Mingəçevir məktəbliləri də öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirəcəklərinə söz verdilər.


Açar sözlər: