24.11.2017

Şəhidlərimiz yad edilir

    2017-ci il noyabr ayı ərzində Mingəçevir məktəbliləri Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzunlarımız E.Rəcəbovun,  Ş.Mustafayevin, M.Paşayevin, N.Səmədovun, A.Məmmədovun,  R.Muradovun və V.Abdullayevin anım gününü qeyd etmişlər. Həmçinin, 20 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd  kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olan şəhidlərimiz yad edilmişdir. Bu tədbirlərin keçirilməsində  məqsəd şagirdlərə vətənpərvərlik hissi aşılamaqdan ibarət olmuşdur.


Açar sözlər: