30.11.2017

XX Uşaq Günü Kuboku

      25 noyabr 2017-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində məktəblilər arasında “XX Uşaq Günü Kuboku” ilə bağlı Yunan-Roma güləşi üzrə Beynəlxalq turnir keçirilmişdir. Bu turnir yarışlarında Azərbaycan komandası I yerə layiq görülərək qızıl medal qazanmışlar.  Mingəçevir şəhər  N.Ahəngari adına 13 №-li tam orta məktəbin X sinif şagirdi Eldar Məmmədov bu yarışlarda uğurla çıxış edərək III yerİ qazanmışdır.  Qalib şagirdimizi təbrik edir, ona yeni uğurlar arzu edirik.


Açar sözlər: