04.12.2017

“Alpaqut” Turan döyüş sənəti üzrə Dünya Kuboku keçirildi

        Bakı şəhərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Alpaqut” Turan döyüş sənəti üzrə Dünya Kuboku uğrunda yarış keçirilmişdir. Yarışda iştirak edən Mingəçevir şəhər  6 №-li tam orta məktəbin IX sinif şagirdi Məhhəmməd Nəbiyev bütün rəqiblərini məğlub edərək I yeri qazanmış və Dünya Kubokunun qalibi olmuşdur. Həmiçinin eyni adlı məktəbdən yarışda iştirak edən IV sinif şagirdi Əbülfəz Hümbətzadə yaşıdları arasında III yerin qalıbi olmuşdur. Qeyd edək ki, Yarışlarda komanda hesabında Azərbaycan I yerə, İran komandası II yerə,  Türkiyə yığması isə  III  yerə layiq olmuşlar. 


Açar sözlər: