11.12.2017

Mingəşevir şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında dama yarışları keçirildi

        2017-ci il noyabr ayı ərzində Mingəşevir şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli Dirçəliş Günü”nə həsr olunmuş dama yarışları keçirildi.Yarışlarda 23 komanda iştirak etmişdir. Yekun nəricələrə görə Mingəşevir şəhər Texniki humanitar lisey I yerə, Mingəşevir şəhər 20 №-li tam orta məktəb II yerə və Mingəşevir şəhər 4 №-li tam orta məktəb isə III yerə layiq görüldü. 07 dekabr 2017-ci il tarixdə Mingəşevir şəhər Təhsil Şöbəsində  qaliblərin təbrik mərasimi keçirildi. Onlar diplom və kuboklarla təltif olundular.


Açar sözlər: