19.12.2017

"Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinin qalibləri mükafatlandırıldı

           Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə razılaşmasına əsasən Fövqəladə Hallar Nazirliyinin 18 oktyabr 2010-cu il tarixli əmri ilə 2017-ci ildə də Mingəçevir şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqənin respublika mərhələsinə Mingəçevir ümumtəhsil məktəblərinin şagirdlərinin 6 işi təqdim olunmuşdur və bu işlərdən üçü II yerə, biri isə III yerə layiq görülmüşdür.  Qalib gəlmiş işlərin müəllifləri aşağıda adları göstərilən şagirdlərdir. 

                1. Salamova İradə - IX sinif,  Mingəçevir şəhər 4 №-li tam orta məktəb, 
                2. Səmədzadə Alsu – VI sinif,  Mingəçevir şəhər 10 №-li tam orta məktəb, 
                3. Mirsəliyev Cəlil – VII sinif,  Mingəçevir şəhər 3 №-li tam orta məktəb, 
                4. Muradov Atilla – VI sinif,  Mingəçevir şəhər 20 №-li tam orta məktəb.

                Bu şagirdlər UGİM-də müxtəlif dərnəklərin üzvləridir.  18 dekabr 2017-ci il tarixdə FHN-nin Aran Regional Mərkəzində qaliblərin təltifolunma mərasimi keçirilmişdir. Qaliblər FHN və TN tərfindən diplom və qiymətli hədiyələrlə təltif olunmuşlar.


Açar sözlər: