19.12.2017

Molla Pənah Vaqifin 300 illiyi Mingəçevir məktəblərində qeyd edilir

         19 dekabr 2017-ci il tarixdə Mingəçevir şəhər 17 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar “Gözəllik və həqiqət şairi!" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə V-XI sinif şagirdləri iştirak etdilər. İştirakçılar Molla Pənah Vaqifin yaradıcılığına müraciət edərək müxtəlif serlər söylədilər, əsərlərindən səhnələşdirilmiş parçalar nümayiş etdirdilər. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Məktəbin şagirdləri böyük ruh yüksəkliyi ilə şairin bədii irsi haqqında dolğun məlumat verdilər.


Açar sözlər: ,