28.12.2017

"Elektron təhsil" Respublika müsabiqəsinin Mingəçevir şəhərindən olan qalibi mükafatlandırıldı

    Azərbaycan Respublikası Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Mingəçevir şəhər R.Mirabov adına 7 №-li tam orta məktəbin tarix müəllimi Şəfiyev Elnur Xubyar oğlu VIII Elektron Təhsil Respublika müabiqəsində elektron lövhələrin istifadəsi üzrə qurulan "Ən yaxşı dərs" nominasiyası üzrə I yerə layiq görülmüşdür.  Elnur müəllimi təbrik edir, ona yeni uğurlar diləyirik!