28.12.2017

Mingəçevir ümumtəhsil məktəblərində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" qeyd edirlir və "2018-ci Yeni il" şənlikləri keçirilir

        Mingəçevir ümumtəhsil məktəblərində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" qeyd edirlir və "2018-ci Yeni il" şənlikləri keçirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Bütün məktəblərdə 31 dekabr  "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"  böyük təntənə ilə qeyd edilir.  Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Mingəçevir məktəbliləri də bu ənənəni davam etdirərək böyük ruh yüksəkliyi və sevinc hisləri ilə şənliklər təşkil edirlər. 


Açar sözlər: ,