18.01.2018

Mingəçevir məktəblərində "20 Yanvar"  faciəsinin 28-ci ildönümü qeyd edilir

       Mingəçevir şəhər ümumtəhsil məktəbləərində "20 Yanvar"  faciəsinin 28-ci ildönümü qeyd edilir. Bu mövzuda hazırlanan tədbirlərdə məktəb şagirdləri, müəllimlər, veteranlar və valideynlər yaxından iştirak edirlər.  Tədbirdə iştirak edənlər bildirirlər ki, 1990-cı ildə sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Tədbirlərdə qanlı yanvar gecəsinin şəhidləri yad edildi, şerlər, mahnılar səsləndirildi. 


Açar sözlər: ,