06.02.2018

Mingəçevir şəhərində Respublika fənn olimpiadasının şəhər mərhələsi keçirildi

    04 fevral 2018-ci il tarixdə  Mingəçevir şəhər N.Nərimanov adına 1 №-li tam orta məktəbdə Respublika Fənn Olimpiadasının şəhər mərhələsi keçirildi. Şəhər mərhələsində 400-ə yaxın şagird iştirak etdi və müxtəlif fənlər üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,