09.02.2018

Mingəçevir şəhərində "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibətilə onlayn- konfrans keçirildi

      Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq "Təhlükəsiz internet günü" və "Fərdi məlumatların mühafizəsi günü" münasibətilə treninq keçirilib.Tədbir "Yaxşı internet üçün öz töhfəni ver" şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi" mövzusuna həsr olunub. Mingəçevir şəhər Rabitə qovşağında ayrılmış Elektron Hökumət Təlim-Tədris mərkəzində həyata keçirilən  video-konfransda Mingəçevir ümumtəhsil məktəblərinin  də IX-XI sinif şagirdləri iştirak etdilər. Treninqin məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndiməni genişləndirilmək, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır. Tədbirə Mingəçevir məktəbliləri ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Bərdə və Qəbələdə fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris mərkəzləri  də onlayn video-konfrans vasitəsilə qoşulublar.