16.02.2018

Mingəçevir məktəblərində aprel şəhidləri yad edilib

     Fevralın 15-də Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-vətənpərvərlik hislərinin formalaşdırılması, tarixi unutmamaq, qəhrəmanlardan örnək götürməyi təbliğ etməkdən ibarət idi. Tədbirdə aprel döyüşlərində həlak olmuş Mingəçevir şəhidlərinin ailə üzvləri, Mingəçevir ŞTŞ-nın nümayəndəsi, şəhər kitabxanalarının işçiləri, valideynlər, Mingəçevir Şəhid Ailələri Müdafiəsi Cəmiyyətinin sədri, Şəhid Ailələri və Vetaranlar Cəmiyyətinin və Səfərbərlik şöbəsinin nümayəndələri iştirak etdi. Tədbirdə məktəbin şagirdləri şəhidlərimizin qəhrəmanlığını əks etdirən şerlərlə, mahnılarla və səhnəciklərlə çıxış etdilər. Sonda tədbirdə iştirak edən qonaqlar öz ürək sözlərini söylədilər.


Açar sözlər: