20.02.2018

Ana dilimizi sevək və qoruyaq

    Mingəçevir şəhər 5 №-li, 6 №-li, 9№-li,10№-li, 13№-li, 19№-li tam orta məktəbdə fevral ayının ilk həftəsindən tədbirlər planına uyğun olaraq "Ana dilimizi sevək və qoruyaq" mövzusunda silsilə tədbirlər keçirilir. 1990-cı ildən YUNESKO-nun qərarı ilə 21 fevral tarixi  "Beynəlxalq Ana Dili Günü" kimi  qeyd edilir. Ana dilimizin milli statusunun özünə qaytarılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada onun 2001-ci il 9 avqust tarixində imzaladığı fərmana əsasən hər il avqustun 1-i Azərbaycan Respublikasında "Ana-dili və Azərbaycanın Əlifbası" günü kimi qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.


Açar sözlər: