21.02.2018

Aprel şəhidləri yad edilib

     Mingəçevir Təhsil Şöbəsinin “2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı”na uyğun olaraq ümumtəhsil müəssisələrində “Aprel döyüşləri”nə həsr olunmuş tədbirlər keçirilir. Fevralın 19-da Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə aprel şəhidlərinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər vətənpərvərliyə aid seirlər söylədi, səhnəciklər nümayiş etdirdi. Tədbirdə aprel döyüşlərində həlak olmuş Mingəçevir şəhidlərinin ailə üzvləri, Mingəçevir Şəhid Ailələri Müdafiəsi Cəmiyyətinin sədri, Şəhid Ailələri və Vetaranlar Cəmiyyətinin nümayəndələri iştirak etdi.


Açar sözlər: