22.02.2018

Mingəçevir məktəblərində  "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqəsi haqqında maarifləndirmə tədbirləri həyata keçirilir

     Fevralın 21-də  Mingəçevir şəhər İlqar Rüstəmov adına 5 №-li tam orta məktəbin pedoqoji kollektivi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” layihəsinin təqdimatı haqqında məlumat vermək üçün tədbir həyata keçirildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsal Heydərov elektron lövhədən istifadə edərək təqdimatı dpedaqoji koolektivin diqqətinə çatdırdı. Təqdimatda müsabiqənin keçirilməsinin əsası müsabiqənin məqsədi, kateqoriyaları, mövzuları, tələbləri, müddəti, qiymətləndirilməsi, qiymətləndirilmədə iştirak edən ekspert qrupu, müsabiqəyə layihənin təqdim edilməsi üçün zəruri olan sənədlər, hazırlanmış layihələrin sayta yerləşdirilməsi, müsbət rəy almış layihələrə vəsaitlərin verilməsi və bu vəsaitlərdən necə istifadə olunması qaydaları  haqqında ətraflı məlumat verildi. Müəllimləri maraqlandıran bir sıra suallar cavablandırıldı, müsabiqənin əhəmiyyəti haqqında ətraflı məlumat verildi. 


Açar sözlər: