05.03.2018

"Ulu yurdum Azərbaycan" adlı tarix fənn gecəsi keçirilib

    Martın 2-də Mingəçevir şəhər 5 №-li tam orta məktəbdə  "Ulu yurdum Azərbaycan" adlı tarix fənn gecəsi keçirildi. Tədbirdə Azərbaycan tarixinin keçmişindən bu gününədək səhifələr vərəqləndi, səhnələr nümayiş etdirildi, videoçarxlar izlənildi. Şagirdlərin ifasında tarixi faktlar və hadisələr səsləndirildi və obrazlı şəkildə nümayiş etdirildi. Tədbir iştirakçıların böyük marağına səbəb oldu.


Açar sözlər: