05.03.2018

Mingəçevir şəhəri Texniki Humanitar Liseydə " Pedaqoji əməkdaşlıq əlaqələri" çərçivəsində "Açıq qapı günü" keçrilib

     Martın 2-də Mingəçevir şəhəri Texniki Humanitar Liseydə " Pedaqoji əməkdaşlıq əlaqələri" çərçivəsində "Açıq qapı günü" keçrildi. Tədbirdə Yevlax rayon Təhsil şöbəsinin müdiri Zərifə xanımın rəhbərliyi ilə rayonun müxtəlif təhsil müəssisələrinin müəllimləri, həmçinin Mingəçevirin ümumtəhsil məktəblərinin müəllimləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞTŞ-nin müdiri S.Məmmədov keyfiyyət ili çərçivəsində belə təcrübə mübadiləsinin vacibliyini vurğuladı. Sonra Zərifə xanım çıxış edərək bildirdi ki, bu cür əməkdaşlıq təhsilin inkişafı naminə xidmət edən amillərdəndir və belə görüşlərdən hər iki tərəf bəhrələnir. Mingəçevir şəhəri THL-nin direktoru N.Məmmədova qonaqları salamlayaraq keçiriləcək nümunəvi dərslər haqqında məlumat verdi.


Açar sözlər: