12.03.2018

Cabir Novruz yaradıcılığı Mingəçevir məktəblərində yad edilib

     Martın 12-də Mingəçevir şəhər  5 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi T. Gəraybəylinin təşkilatçılığı və VI , VII sinif şagirdlərinin iştirakı ilə Cabir Novruzun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Cabir Novruzun həyat və yaradıcılığından bəhs olundu. Onun dillər əzbəri olan şeirləri, şeirlərinə bəstələnmiş mahnıları şagirdlərin ifasında və həmçinin videoçarxlar vasitəsilə tədbir iştirakçılarına təqdim olundu. Tədbirə həmçinin Molla Pənah Vaqif adına Mingəçevir şəhər kitabxanasının nümayəndəsi də iştirak edirdi. Sonda tədbir iştirakçıları çıxış edərək  Cabir Novruz yaradıcılığı haqqında təəsüratlarını bölüşdülər.


Açar sözlər: