14.03.2018

Aprel şəhidləri yad edilib

     Mingəçevir Təhsil Şöbəsinin “2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı”na uyğun olaraq ümumtəhsil müəssisələrində “Aprel döyüşləri”nə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən biri də martın 13-də Mingəçevir şəhər 8 №-li tam orta məktəbdə həyata keçirildi. Tədbir iştirakçıları aprel döyüşlərini, onun yaranma səbəblərini, nəticələrini bir daha yada salaraq bu döyüşlərin əhəmiyyətini vurğuladılar. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında arasında baş vermiş hərbi münaqişənin - Aprel döyüşlərinin Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olması barədə fikirlər söylənildi. Məlumat verildi ki, döyüşlər Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonundakı Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Coranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunda Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yolların  düşməndən azad olunmuşdur. Şagirdlər vətənpərvərliyə aid seirlər söylədi, səhnəciklər nümayiş etdirdi. Tədbirdə Aprel döyüşlərində həlak olmuş Mingəçevir şəhidlərinin- Temur Qasımovun, Rahim Tağıyevin, Adil Adilzadənin və Rüstəm Əhmədovun  ailə üzvləri və şəhər Təhsil Şöbəsinin nümayəndəsi iştirak etdi.


Açar sözlər: