18.03.2018

Mingəçevir şəhər məktəblərinin "Novruz şənliyi"

     Mingəçevir şəhər S.Vurğun adına meydanda ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrin  birgə təşkilatçılığı ilə "Novruz şənliyi" keçirildi. Şənlikdə şəhər rəhbərliyi, müxtəlif təşkilatlar, ümumtəhsil məktəbləri, Uşaq  Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi və şagirdləri, Mingəçevir Dram teatrının kollektivi iştirak etdilər. İştirakçılar  rəngarəng mahnılar, şerlərlə tədbirə gələnləri əyləndirdilər. Dədə Qorqud, Novruzun atributları olan keçəl və kosa şənliyə sevinc qatdılar, uşaqların könlünü oxşadılar. Mingəçevir ümumtəhsil məktəblərinin kollektivləri hər biri öz əl işlərini, Novruz adət-ənənələrini əks etdirən geyimləri, şirniyyatları və qədim məişət avadanlıqlarını nümayiş etdirdilər. Şənliyin sonunda şəhər İcra başçısı hər məktəblə ayrıca görüşərək onların sevincini bölüşdü.

     NOVRUZ BAYRAMINIZ MÜBARƏK!