13.04.2018

Mingəçevir məktəblərində nümunəvi dərslər keçirilir

     Aprelin 12-də Mingəçevir şəhər  19№li tam orta məktəbin qabaqcıl  kimya müəllimi Hüseynova Vüsalə VII sinifdə "Oksidləşmə-Reduksiya reaksiyasının növləri" mövzusunda açıq dərs keçirdi. Dərsdə İKT- nın imkanlarından istifadə edildi. Şagirdlər kimya sahəsində əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdirdilər. Dərsdə yeni təlim metod və üsullarından istifadə edildi. Şagirdlər əldə olunan yeni biliklərdən istifadə edərək kimyəvi reaksiyalar apardılar və maddələrin xüsusiyyətlərini araşdırdılar. Dərs çox maraqlı və rəngarəng alındı.


Açar sözlər: ,