19.04.2018

Mingəçevir məktəblərində açıq dərslər keçirilir

     Mingəçevir şəhər ümumtəhsil məktəblərində mütəmadi olaraq açıq dərslər keçirilir.  Açıq dərslər kafedraların iş planına və kursların tədris qrafikinə uyğun olaraq planlaşdırılır. Müəllimlər açıq dərsin təşkil edilməsi üçün müstəqil qaydada təşəbbüs göstərirlər. Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin  forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır. Məktəblərimizdə keçirilən açıq dərslərdə bu şərtlər gözlənilir və şagirdlərin bilik, bacarıq və vərdişlərinin yüksəldilməsinə diqqət yetirilir. 


Açar sözlər: