23.04.2018

Mingəçevir məktəblərində aprel şəhidləri  yad edilib

   Aprelin 20-də Mingəçevir şəhər Texniki Humanitar Liseydə Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları Şəhidlərin ailə üzvləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarərt etdilər. Aprel şəhidlərinin məzarı üstünə güllər qoyuldu və onların ruhuna dualar oxundu. Liseydə tədbir şagirdərin iştirakı ilə paradla başladı və akt zalında davam etdi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-vətənpərvərlik hislərinin formalaşdırılması, tarixi unutmamaq, qəhrəmanlardan örnək götürməyi təbliğ etməkdən ibarət idi. Tədbirdə aprel döyüşlərində həlak olmuş Mingəçevir şəhidlərinin ailə üzvləri, Mingəçevir ŞTŞ-nin nümayəndəsi, şəhərimizdə yerləşən N saylı h/h-nin zabitləri, şəhid Ailələri və Səfərbərlik şöbəsinin nümayəndələri iştirak etdi.