25.04.2018

Qəhrəmanlar unudulmurlar

     Aprel 25-də Mingəçevir şəhər 5 №-li tam orta məktəbdə məktəbin adını daşıdığı, Əfqanıstanda şəhid olmuş Rüstəmov İlqar Nüşirəvan oğlunun şəhadətinin 36-cı ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir filialının sədri Elşən İbrahimli və onunla birgə İlqarın döyüş yoldaşları da iştirak edirdi. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, videoçarxlar nümayiş olundu. Müəllimlər, döyüş yoldaşları və ailə üzvləri İlqarla bağlı xatirələrini bölüşdülər.

 


Açar sözlər: