01.05.2018

Mingəçevir məktəblərində mütaliəyə geniş yer verilir

    Mingəçevir şəhər Səməd Vurğun adına 16 №-li tam orta məktəbin Xa sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı dərsində M.F.Axundov - "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah-caduküni məşhur" əsərini geniş müzakirə edərək təhlil etdilər. Şagirdlər əsərin ideyasını açaraq o dövrün reallıqlarını araşdırdılar və əsər haqqında düşüncələrini qeyd etdilər. Əsərdən seçilən müxtəlif parçaların şagirdlər tərəfindən səhnələşdirilməsi dərsin daha da maraqlı keçməsinə səbəb oldu. Sinfin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cavadlı Turanə və məktəbin kitabxanaçıları Axundov yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verdilər.


Açar sözlər: ,