07.05.2018

Bilsin ana torpaq, eşitsin vətən

     Mingəçevir şəhər Texniki Humanitar Liseydə, ənənəvi olaraq, hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində ibtidai sinif şagirdlərinin iştirakı ilə hərbi  parad keçirilir. Bu ənənə 16 ildir davam edir və hər il əvvəlki ildən daha möhtəşəm vüsət alır. Bu il mayın 5-də THL-də Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir ibtidai sinif şagirdlərinin iştirakı ilə "Bilsin ana torpaq, eşitsin vətən" adlı "Üfüqdə parıltı" hərbi-idman oyunları ilə müşayət olundu. Tədbirdə şəhid ailələri, şəhər təhsil şöbəsinin nümayəndələri, Mingəçevir şəhər "N" saylı hərbi hissənin zabitləri və valideynlər iştirak etdi.


Açar sözlər: