11.05.2018

Mingəçevirdə "Bilik sərgisi" keçirilib

      Mayın 10-da Mingəçevir şəhər Sahil parkında ümumtəhsil məktəblərinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Bilik sərgisi" festifalı keçirildi. Şagirdlər dəvət olunmuş qonaqlara öz bilik və bacarıqlarını nümayiş etdirdi.  Təqdim olunan işlər yüksək səviyyəli və təqdirə layiq idi. Tədbirdə şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak etdi. Bundan əlavə şəhərimizin sakinləri də məktəblilərin əl işləri ilə yaxından tanış oldular, onların yaradıcılıq qabiliyyətlərini əks etdirən guşələri maraqla seyr etdilər, şagirdlərimizin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının nümayişini alqışladılar.  


Açar sözlər: