16.05.2018

Mingəçevir ümumtəhsil məktəblərinin olimpiada qalibləri

     Mingəçevir şəhər ümumtəhsil məktəbləri üzrə Respublika fənn olimpiadasının qalıbləri müəyyən edilmişdir. Şəhərimizin 11 şagirdi müxtəlif fənlər üzrə 1 qızıl, 1 gümüş, 9 bürünc medal qazanmışlar. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin son üç ildə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Fənn olimpiadası"nın nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil edilmiş və buna uyğun olaraq reytinq cədvəli tərtib olunmuşdur. Mingəçevir şəhər Texniki Humanitar Lisey bu reytinq cədvəlində birinci yerdə qərarlaşmış məktəblər sırasındadır. Təbrik edirik!