21.05.2018

Azərbaycan Xalq Cünhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib 

    Mayın 21-də Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə kitabxana müdirinin təşkilatçılığı və V-VII sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cünhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Xalq Cünhuriyyətinin tarixinə aid video-slayd təqdim edildi, sərgi nümayiş olundu. Çıxış edənlər məlumat verərək bildirdilər ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.


Açar sözlər: