01.06.2018

Qeyri adi imtahan keçirilib

       Mingəçevir şəhər S. Vurğun adına 16 nömrəli məktəbdə qeyri-adi imtahan baş tutub. İmtahanın qeyri-adiliyi onun şagirdlər tərəfindən keçirilməsidir. Belə ki, məktəbin bir qrup 7-ci sinif şagirdi 6-cı sinif şagirdlərini imtahan edib. Eksperiment məktəbin dil-ədəbiyyat müəllimi Əlövsət Əliyev tərəfindən həyata keçirilib. Ə. Əliyev öz açıqlamasında imtahanın məqsədinin imtahanı keçirən 7-ci siniflərdə peşə yönümünü, liderlik qabiliyyətini formalaşdırmaq, imtahan verən 6-cı siniflərdə isə kurrikulumun tələblərinə uyğun olaraq öz fikirlərini sərbəst ifadə etmək bacarıqlarının artırılması olduğunu deyib. Şagirdlər tərəfindən belə imtahanlar gələcəkdə də keçiriləcək.

 


Açar sözlər: ,  ,