14.06.2018

Mingəçeviir ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib

    İyunun 14-də Mingəçevir ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirildi. Tədbirdə çıxış edənlər məzunları “Son zəng” günü münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzuladılar. Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğu son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyi, həmçinin təhsil müəssisələrinin əsaslı təmir olunduğu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edildi. Mingəçevirdə təhsilin səviyyəsinin yüksək olduğu bir daha bu tədbirlərdə vurğulandı.
    Məzunları ürəkdən təbrik edir, onlara həyatda uğurlar arzu edirik!