21.08.2018

Mingəçevir məzunlarının uğurları

    Hər il olduğu kimi, 2017-2018-ci tədris ili də Mingəçevir ümumtəhsil məktəbləri üçün çox uğurlu və məhsuldar bir il olmuşdur. Bu il şəhər ümumtəhsil məktəblərinin (19 tam orta və 2 liseyi üzrə) 789 məzunundan 650 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 66 nəfəri, yəni 10%-dən çoxu 600-dən yuxarı bal toplayaraq respublika birinciləri sırasında qərarlaşmışlar. 600-700 intervalında bal toplayan məzunların sayının çoxluğuna görə TRHETL, THL pilot sinilfəri, THL, 18 №-li, 10 №-li tam orta məktəblər fərqlənmişlər. Şəhər üzrə ən yüksək balı toplayanlar: 695 bal -THL-nın pilot siniflərinin, 688 bal -14№-li tam orta məktəbin, 686 bal - 1№-li tam orta məktəbin, 680 bal -7№-li tam orta məktəbin, 679 bal -THL-ın, 675 bal -18№-li tam orta məktəbin, 674 bal –TRHETL-in məzunu olmuşdur.