06.09.2018

Mingəçevir şəhərində “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsi  üzrə təlim keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsi üzrə təlimlərin növbəti mərhələsi Mingəçevir şəhərinin ümumtəhsil məktəblərinin coğrafiya müəllimləri üçün uğurla həyata keçirildi. Təlim kursunu giriş sözü ilə açan Mingəçevir ŞTŞ-nin metodisti Təhsil Nazirliyinin həyata keçirdiyi müsabiqələr haqqında və bu müsabiqədə qalib gəlmiş qrant layihəni haqqında ümumi məlumat verdi. Sonra layihə rəhbəri, Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin coğrafiya müəllimi Camal Bərxudarov Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi”  layihəsinin həyata keçirilməsinin məqsədi, gözlənilən nəticələr haqqında məlumat verdi. Layihənin təlimçi-koordinatoruAğdaş rayon Qaradeyin kənd tam orta məktəbin direktoru və coğrafiya müəllimi  Aqil İsayev təlimlərin təşkilindən, bu təlimlərin müəllimlər üçün əhəmiyyətindən söz açdı, məhz bu layihə çərçivəsində coğrafiya müəllimlərinin təlim müddətində əldə edəcəyi nəzəri və praktiki bilik və bacarıqları öz dərslərində tətbiq edə biləcəklərindən danışdı. Layhənin məqsədi coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, inteqrativliyin təmin olnması və yeni təlim resurslarının hazırlanması və s. tədbirlərin həyata keçirilməsidir. Müəllimlər təlim müddətində xüsusi proqram təminatı vasitəsi ilə elektron xəritələrin hazırlanması və üzərində dəyişiklik edilməsi imkanlarına yiyələnəcək, multimedia resurslarından istifadə bacarıqları inkişaf etdiriləcək.

Layhənin yerinə yetirilməsi zamanı aşağıdakı nəticələri almaq olar:

-Tədrisdə yeni təlim texnologiyalarını tətbiq etməklə təhsilin keyfiyyətini yüksəldəcək.

-Coğrafiya müəllimlərinin müxtəlif məzmunlu elektron xəritələrdən, multimedia resuslarında və yeni təlim texnologiyalarından istifadə bacarıqlarını təkmilləşdiriləcək.

-Şagirdlərin təlimə marağı artacaq.

-Coğrafiya fənninin tədrisində inteqrativliyin təmin olunması istiqamətlərinin təmin edilməsi daha da genişlənəcəkdir.

Ümid edirik ki, bu layihə təhsilimizin davamlı inkişafının təmin olunmasına öz müsbət töhvəsini verəcək.