10.09.2018

Mingəçevir şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib

    Sentyabrın 7-də Mingəçevir şəhər təhsil işçilərinin 2018-ci il sentyabr konfransı keçirildi. Konfransın işində təhsil nazirlyinin nümayəndəsi professor İntiqam Cabbarov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini yerinə yetirən İlham İsmayılov, ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, idarə və təşkilatların nümayəndələri iştirak etdi. Konfransı giriş sözü ilə Mingəçevir ŞTŞ- nin müdiri S.Məmmədov açaraq “2017-2018-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr" mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. S.Məmmədov tədris ili ərzində əldə olunmuş nailiyyətlər, mövcud nöqsan və çətinliklər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına geniş məlumat verdi. Məruzə ətrafında çıxışlar oldu. Sonra təhsil nazirlyinin nümayəndəsi professor İntiqam Cabbarov və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini yerinə yetirən İlham İsmayılov çıxış etdi. Onlar təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək onlara bu çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.

    Konfransın sonunda konfransın qətnaməsi qəbul edildi və ŞTŞ- nin Təhsilyanı Şurasının tərkibi təsdiq edildi. Bununla da konfrans öz işini başa vurdu.


Açar sözlər: ,