08.10.2018

Müəllim günü qeyd edildi

   Oktyabrın 5-də Mingəçevir şəhər 19 №-li tam orta məktəbdə “5 oktyabr müəllim Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Ümummilli liderimizin müəllimlərlə bağlı çıxışını əks etdirən video ilə başladı. Məktəbin VIb sinif şagirdləri şeir və rəqslər ifa etdilər. Şagirdlərin ifasında nümayiş etdirilən səhnəcik bütün müəllim və şagirdlərin marağına səbəb oldu. Tədbirin sonunda məktəbin direktoru G.Quliyeva bütün pedaqoji kollektivi təbrik etdi.


Açar sözlər: