15.10.2018

 Mingəçevir şəhər S. Vurğun adına 16 №li tam orta məktəbdə “Müstəqilliyimiz qürurumuzdur ” devizi altında tədbir keçirilib.

    Mingəçevir şəhər S. Vurğun adına 16 №li tam orta məktəbdə “Xalq Cümhuriyyəti”nin 100 illiyinə və "Müstəqillik günü"ə həsr olunmuş “Müstəqilliyimiz qürurumuzdur” devizi altında tədbir keçirilib. Məktəbin tarix müəllimi Həziyeva Züleyxa müəllimin rəhbərliyi ilə X- XI sinif şagirdləri arasında keçirilən “Bilik yarışı” nda 3 komanda iştirak edirdi. 3 turdan ibarət yarışda hər komandaya hər turda 3 sual ünvanlanmışdır. Turlararası fasilələrdə zalda əyləşən şagirdlərə həvəsləndirmək məqsədilə bir sıra suallar verildi və suallara doğru cavab verən şagirdlərə kiçik hədiyyələr təqdim olundu. Sonda yarışın yekun nəticəsinə görə qalib komanda məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi.


Açar sözlər: