18.10.2018

Mingəçevir məktəblərində müstəqillik gününə həsr edilmiş tədbir keçirilib

    Oktyabrın 18-də Mingəçevir şəhər ümumtəhsil məktəblərində  Azərbaycan Respublikasının mustəqilliyinin 27-ci ildönümunə həsr edilmiş "Müstəqilliyimiz əbədidir,sarsılmazdır", "Müstəqilliyimiz qürurumuzdur", "18 oktyabr Dövlət Müstəqilliyi Günü", “Müstəqilliyimiz əbədidir”mövzularında tədbirlər kecirildi və sərgilər təşkil edildi. Məqsəd gənc nəslə mustəqilliyimizin tarixi yolunu bir daha xatırlatmaq, bu yolda qarşıya çıxan çətinliklər, canlarından keçmiş qəhrəmanlarımızın ikğidliklərindən danışmaq və onları yad etmək idi. Mustəqillimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir mustəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini əhatə edən çıxıslar, müstəqillliyimizə həsr edilən serlər, mahnılar  səsləndirildi və milli rəqslər  ifa edildi.