25.10.2018

Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi  “Hərəmiz bir ağac əkək!” aksiyasında  iştirak edib

    Oktyabrın 20-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyasında, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi və dərnək üzvləri yüksək mütəşəkkilliklə iştirak edirlər. Ekoloji mühitin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya çərçivəsində “Kür” Kompüter zavodunun yaxınlığında keçirilən iməcilikdə mərkəzin bütün işçiləri,dərnək rəhbərləri,şagirdlər və valideynlər böyük həvəslə iştirak edirlər.


Açar sözlər: