14.11.2018

Mingəçevir məktəblərində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib

    Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə  İHB aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Tərlan Əliyeva, həmin komissiyanın məsləhətçi psixoloqu Səbirə Yusiflinin təşkilatçılığı və şəhər polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin inspektoru R.Məmmədov, MingəçevirŞTŞ-nin metodisti  və şəhər Narkoloji dispanserinin həkiminin iştirakı ilə "Narkomaniyaya qarşı mübarizə" mövzusunda X və XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə narkotik vasitələrin zərərləri barəsində geniş məlumat verildi və uşaqların bu kimi zərərli vərdişlərdən uzaq durmaları tövsiyə olundu. Sonda erkən nigahın yarada biləcəyi problemlər haqqında ümumi məlumat verildi.