16.11.2018

"Olkəmizi tanıyaq" layihəsinin Mingəçevir iştirakçılarına uğur arzulandı

    Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə, bir qrup ümumtəhsil məktəbliləri "Olkəmizi tanıyaq" layihəsində iştirak edən şagirdlərlə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində görüş keçirildi. Gorusdə İcra Hakimiyyətinin səlahiyyətlərini müvəqqəti icra edən İlham İsmayılov, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, məktəb direktorları, valideyinlər iştirak etdilər. Mingəcevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri şeir və rəqs kompozisiyalari ilə tədbir iştirakçılarına uğurlar arzuladılar.