30.11.2018

Mingəçevirin qabaqcıl təhsil nümayəndələri Azərbaycan müəllimlərinin XV  qurultayında iştirak edib

    Noyabrın 28-də Mingəçevir şəhərinin təhsil sahəsinin qabaqcıl nümayəndələrinin bir qrupu Azərbaycan müəllimlərinin XV qurultayında iştirak edərək şəhərimizi yüksək səviyyədə təmsil etdilər. Qurultayda Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edirdi. Tədbirdə prezident İlham Əliyevin təbrik məktubu oxunub.

    Təhsil naziri cənab C.Bayramov hesabat məruzəsi ilə çıxış edərək müəllimlərin qarşısında duran vəzifələrdən, uğurlardan və nailiyyətlərdən danışdı. Ötən illər ərzində təhsil sahəsində keçirilən yola sərt nəzər edilməsi hörmətli Ceyhun Bayramovun nitqində son dərəcə əhatəli təhlil olundu. Qurultay iştirakçıları burada böyük zövq aldılar. Çünki obyektiv nitqlər idi, realist idi, müqayisəli təhlillər nöqteyi-nəzərindən yerinə düşürdü və gələcəyimizin qurulmasında, təhsilin üzərinə düşən vəzifələr, təhsilin strateji önəmi bu salonda özünü tapmış oldu. Qurultay musiqi proqramı ilə sona çatdı.


Açar sözlər: ,