07.12.2018

Mingəçevir ümumtəhsil məktəblərində ulu öndərin anım günü qeyd edilir

    Mingəçevir ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilir. Keçirilən tədbirlərdə dahi şəxsiyyətin həyat və fəaliyyəti, Azərbaycanın tarixində əvəzolunmaz xidmətləri  haqqında geniş söhbət açılır. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndərin həyatına dair video çarx və divar qəzetləri nümayiş olunmuş və tədbirdə müəllimlər və valideynlər iştrak etmişdir.


Açar sözlər: