17.12.2018

 Mingəçevir  məktəblərində "Bərk tullantı materiallarının çeşidlənməsi” mövzusunda müzakirə keçirilir

     Mingəçevir şəhər 19№- li tam orta məktəbdə Şagird Elmi Cəmiyyətinin xətti ilə “Bərk tullantı materiallarının çeşidlənməsi” mövzusunda müzakirə keçirildi. Məktəbin biologiya müəllimi  tullantı materiallarının çeşidlənməsi, emalı və əhəmiyyəti haqqında məlumat verdi. IX sinif şagirdi N.Şıxızadə “Bərk tullantı materiallarının çeşidlənməsi” mövzusunda məruzə ilə çıxış etdi. Şagirdlər bərk tulantı materiallarından hazırladıqları əl işlərini nümayiş etdirdi. Sonda “Balaxanı bərk məişət tullantıların çeşidlənməsi” zavodu haqqında video çarx nümaiş olundu. 


Açar sözlər: